Dünyaca məşhur futbolçu sui-qəsddə ittiham olunur

  • SpaceTV
  • 18 Yanvar 2020 17:37

Madridin “Real” klubunun sabiq futbolçusu Raul Bravo “Yuventus”un keçmiş oyunçusu Darko Kovaçeviçə sui-qəsd təşkil etməkdə şübhəli bilinir.

News.sportbox.ru xəbər verir ki, yunan polisi bu versiya üzərində işləyir, lakin bu günə qədər onu ittiham etmək üçün kifayət qədər dəlil əldə edilməyib.

Sui-qəsdə ilkin ehtimal kimi Kovaçeviçin Bravonun İspaniyada təşkil olunan sifarişli matçların təşkilatçılığı ilə bağlı məlumatlı olması göstərilir. Futbolçular əvvəl “Olimpiyakos” komandasında birlikdə oynayıblar.

Ötən ilin mayında Bravo danışılan oyunlarla bağlı aparılan əməliyyat çərçivəsində həbs edilib. Hazırda o, girov müqabilində sərbəst buraxılıb.

Paylaş

 Xəbəriniz olsun