Dünya üzrə koronavirusla bağlı son göstəricilər – ÜST

  • Space TV
  • 7 Mart 2020 15:04

Ümumdünya Səhiyyə Təşiklatı koronavirusla bağlı martın 7-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

SPACE TV  xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 97 ölkə/ərazi üzrə 102 241 nəfərdir. Son yoluxma sayı 296 nəfərdir. Onların içərisində 31-i yeni olamaqla 3 497 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 57,624 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1500 nəfər yeni sağalanlardır.

ÜST-ün risk qiymətləndirməsi:

Çində: Çox yüksək

Regional səviyyədə: Çox yüksək

Qlobal səviyyədə: Çox yüksək

Paylaş

 Xəbəriniz olsun