Dünya ulduzundan tükürpədici açıqlama: “13 yaşından narkotikə qurşandım”

  • SpaceTV
  • 5 Fevral 2020 11:41

Dünya şöhrətli müğənni Castin Biber narkotik asılılığından danışaraq, qalmaqallı və emosional açıqlama verib.

SPACE TV xəbər verir ki, o, 13 yaşından narkotik istifadə etməyə başladığını və asılılığın olduqca tez inkişaf etdiyini açıq şəkildə etiraf edib.  

Yaşa dolduqca Biber daha ağır narkotik növlərinə meyillənməyə başladığını deyib:

“Narkotik mənim üçün qaçmağın bir yolu idi. Düzünü desəm, bu işin necə olacağını ağlıma belə gətirmirdim”.

Onu bu vəziyyətdə tək buraxmayan və dəstək olan musiqiçi Skuter Brounun Castin haqqında dediklərini sənətçinin özü də təsdiqləyib:

“Yavaş-yavaş ölürdüm. İnsanlar hər şeyin nə qədər ciddi olduğunu başa düşmürlər, amma həqiqətən, yaşadıqlarım qorxunc idi. Öz-özümə deyirdim: “Allahım, əgər sən varsansa, mənə bu əzabdan xilas olmağa kömək et”. Lakin heç nə etmədim. Mən narkotik həblərdən daha da aşağı düşdüm, amma asılılığın səbəbini öyrənmədim, buna görə də əksər insanlar kimi daha da dərinə yuvarlandım”.

Bir müddət sonra Biber din xadimlərinə müraciət edərək, tezliklə uşaq sahibi olacağına ümid etdiyi Heyli Biber ilə ailə qurdu. Bu addım isə onu narkotikdən uzaqlaşdırdı.

Xatırladaq ki, yanvar ayında Castin Biber “Laym” adlı xəstəliyindən əziyyət çəkdiyini etiraf edib. Bundan öncə müğənninin pərəstişkarları onun xoşagəlməz görünüşünü dozadan artıq narkotik vasitələrdən istifadə etməsi ilə əlaqələndirirdilər. Lakin o, pərəştişkarların bu iddialarını təkzib edib.

Paylaş

 Xəbəriniz olsun