Dünya pediatrları bir arada

  • SpaceTV
  • 20 Sentyabr 2019 16:43

Bu gün Bakıda  Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi öz işinə başlayıb. Azərbaycan Konqreslər Bürosunun dəstəkçi olduğu tədbirə təşkilatçılığı Beynəlxalq Pediatriya Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, “Medvoyage” tibbi turizm şirkəti edir. 2 gün davam edəcək konqresdə yerli və xarici məruzəçilərin çıxışları, elmi araşdırmalar, həmçinin digər mühüm məlumatlar iştirakçıların diqqətinə çatdırılacaq. Tədbirin keçirilməsinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həll yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirməkdir.

Qeyd edək ki, Azərbaycan Pediatriya Assosiasiyası və Azərbaycan Konqreslər Bürosu sözügedən tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı işlərdə mühüm rol oynayıb.

Paylaş

 Xəbəriniz olsun