Dünya Kuboku: Sərbəst güləşçimiz yarımfinala yüksəldi

  • Space TV
  • 16 Dekabr 2020 17:17

Azərbaycanın sərbəst güləşçisi Hacımurad Məhəmmədsəidov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda yarımfinala yüksəlib.

Spacetv.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı ilk iki görüşündə ardıcıl olaraq Strahinya Despiç (Serbiya) və Alexandro Pankorbonu (İspaniya) məğlub edib. O, finala gedən yolda Georgi Rubayevin (Moldova) müqavimətini qırmağa çalışacaq.

57 kq-dakı İslam Bazarqanov 1/8 finalda Andrey Yatsenkoya (Ukrayna), Camaləddin Məhəmmədov (125 kq) 1/4 finalda Robert Barana (Polşa), Gitinoməhəmməd Hacıyev (70 kq) Haydar Yavuza (Türkiyə) uduzub. Onlar rəqibləri finala çıxacağı təqdirdə, təsəlliverici görüşdə iştirak edəcəklər.

Qadın güləşçilərdən Alyona Kolesnik (57 kq) təsəlliverici qarşılaşmada Laura Mertensə (Almaniya) qalib gəlib. Kolesnik bu gün bürünc medal uğrunda Veronika Çumikova (Rusiya) ilə güləşəcək. 65 kq-dakı Elis Manolova isə bürünc medal üçün türkiyəli Aslı Demirhanla üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.

Paylaş

 Xəbəriniz olsun