Dünya Kuboku: Sərbəst güləş millimizin heyəti açıqlandı

  • Space TV
  • 15 Dekabr 2020 16:45

Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kuboku üçün Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının heyəti açıqlanıb.

Federasiyadan Spacetv.az verilən məlumata görə, ölkəni baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.

Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.

Qeyd edək ki, sərbəst güləşçilər mübarizəyə sabah qoşulacaq. Fərdi Dünya Kuboku dekabrın 18-də başa çatacaq.

Paylaş

 Xəbəriniz olsun