Dünya İqtisadi Forumun illik toplantısının keçiriləcək məkan məlum oldu

  • Space TV
  • 8 Oktyabr 2020 14:40

Dünya İqtisadi Forumun illik toplantısı koronavirus pandemiyası səbəbindən 2021-ci ilin mayın 18-21 tarixlərində İsveçrənin Lütsern şəhərində təşkil ediləcək.

Spacetv.az xarici KİV-ə istinadən xəbər verir ki, tədbir ənənəvi məkanına yalnız 2022-ci ildə qayıdacaq. 

Gələn il “The Great Rest” adı keçiriləcək iclasda dünyanın ən aktual problemlərini həll etmək üçün tələb olunan həllər müzakirə ediləcək. Dünya liderləri bir araya gələrək pandemiyanın təsirlərindən bərpa yolunu müzakirə edəcəklər.

Xatırladaq ki, Dünya İqtisadi Forumu hər il yanvar ayında Davosda keçirilirdi. Forum bu ilin avqustun 26-da qəbul etdiyi qərara əsasən iclasın yanvar ayından yay aylarına keçirmişdi. Təşkilat rəhbərinin sözlərinə görə, ekspertlər yanvar ayında forumu təhlükəsiz şəraitdə keçirməyin mümkün olmayacağı qənaətində olublar.

Paylaş

 Xəbəriniz olsun