Dünya çempionumuza zabit rütbəsi verildi

  • Space TV
  • 3 Fevral 2020 15:09

Pauerliftinq üzrə dünya çempionu Rövşən Xəlilova zabit rütbəsi verilib.

SPACE TV-ın xəbərinə görə, xidmətdə və idmanda qazandığı uğurlara görə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrlə ona leytenant rütbəsi təqdim olunub. 

Xəlilova leytenant poqonlarını Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Paşayev təqdim edib.

Paylaş

 Xəbəriniz olsun