Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.
Yarışa qoşulan hər 3 cüdoçu çıxışını vaxtından əvvəl bitirib. 66 kq çəki dərəcəsində olan Nicat Şıxəlizadə 1/8 finala kimi 3 rəqibini yarışdan kənarlaşdırsa da, misirli Məhəmməd Abdelmaugouda ipponla uduzub.
52 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəliyeva (52 kq) və Larisa-Aleksandra Florian (52 kq) isə ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmada məğlub olublar.
Beləliklə, yarışı uğursuz bitirən Azərbaycan cüdoçularının sayı 6-ya çatıb.
Qeyd edək ki, Dünya çempionatının ilk günü Davud Məmmədsoy (60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (48 kq) da mundialı medalsız yekunlaşdırıblar.