Dünya çempionatı: Elmar Qasımov növbəti ipponla 1/4 finala yüksəlib

  • SpaceTV
  • 30 Avqust 2019 14:03

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizəyə qoşulub.

100 kq çəki dərəcəsində yer alan Elmar Qasımov və Zelim Kotsoyev tatamiyə çıxıblar. Qasımov 1/32 finalda belaruslu Daniel Mukete ilə üz-üzə gəlib və qızıl xalla qələbə qazanıb. Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməni Arman Adamyan olub. Bu dəfə Qasımov 78 saniyəyə ipponla qalib gələrək, 1/8 finala yüksəlib. Azərbaycanlı cüdoçu 1/4 finala vəsiqə uğrunda görüşdə braziliyalı Rafael Buzakarinini sınağa çəkib.  Bu dəfə Qasımov 96 saniyəyə ipponla qələbə qazanıb. Yarımfinala gedən yolda onun rəqibi hollandiyalı Mixael Korrel olacaq. 

Kotsoyev isə braziliyalı Leonardo Qonsalveşlə qarşılaşıb və 74 saniyəyə ipponla qalib gəlib. Onun 1/16 finalda rəqibi yaponiyalı Aaron Volf olub. Kotsoyev ipponla uduzaraq, mübarizəni dayandırıb. 

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb. 90 kq-dakı Məmmədəli Mehdiyev isə 7-ci yerlə kifayətlənib.   

Paylaş

 Xəbəriniz olsun