Dünya bazarında neftin qiyməti kəskin bahalaşdı

  • Space TV
  • 6 Yanvar 2021 09:52

Dünya bazarında neftin qiymətində artım müşahidə olunur.

TASS xəbər verir ki, “Brent” markalı neftin mart fyuçersləri qalxaraq, 2020-ci ilin 26 fevralından bəri ilk dəfə bir bareli 54,02 dollara çatıb.

Dünən “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti Londonun “ICE Futures” birjasında yerli vaxtla 08:44-də bir barel üçün 50.97 dollar təşkil edib. Bu isə əvvəlki sessiyanın qapanışındakı qiymətdən 0.12 dollar (0.23 faiz) aşağı olub.

WTI markalı nefti 0,5 faiz bahalaşaraq, bir bareli 50,26 dollar təşkil edib.

Paylaş

 Xəbəriniz olsun