Dünya Bankı COVID-19-la mübarizəyə 160 milyard dollar ayırır

  • SpaceTV
  • 11 Avqust 2020 14:58

Dünya Bankı (DB) yeni növ koronovirusun nəticələri ilə mübarizəyə 160 milyard dollara qədər vəsait ayırmaq niyyətindədir.

Spacetv.az TASS-a istinadən xəbər verir ki, bu barədə DB-nin hesabatında bildirilib.

“Pandemiya əleyhinə cavab tədbirləri çərçivəsində Dünya Bankı 30 iyun 2021-ci ilədək 15 ay ərzində virusla mübarizəyə 160 milyard dollara qədər vəsait ayıracaq”, – beynəlxalq maliyyə qurumunun yaydığı sənəddə qeyd olunub.

Bu günə qədər Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizəyə 21 milyard dollar vəsait xərcləyib.

Paylaş

 Xəbəriniz olsun