Dünya Bankı Azərbaycana 70 milyon dollar ayıra bilər

  • Space TV
  • 15 Fevral 2021 15:31

Dünya Bankı (DB) yeni yol layihəsinin həyata keçirilməsi üçün 2021-ci il ərzində Azərbaycana 65-70 milyon dollar kredit verməyi planlaşdırır.

Bu barədə “İnterfaks-Azərbaycan” DB-nin məlumatına istinadən xəbər yayıb.

“Kreditin “Avtomobil yollarının bərpası və iqtisadi imkanlar yaradılması” layihəsi çərçivəsində ayrılması planlaşdırılır. Kreditin ümumi məbləği 65-70 milyon dollar təşkil edəcək, kredit resurslarının çox hissəsinin Salyan-Biləsuvar avtomobil yolunun yenidən qurulması üçün istifadəsi planlaşdırılır. Bundan əlavə, kreditin bir hissəsinin yolun keçdiyi bölgənin iqtisadi potensialının inkişafına yönəldilməsi planlaşdırılır”, – deyə bankdan bildirilib.

Kreditin 2021-ci il ərzində təsdiqlənəcəyi qeyd edilir.

“Mart ayının sonunadək layihənin əsas konturlarının müəyyənləşdirilməsi planlaşdırılır”, – deyə bankdan əlavə edilib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. İndiyə qədər bank 50-dən çox layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,5 milyard dollar məbləğində kredit ayırıb.

Paylaş

 Xəbəriniz olsun