Dünəndən bu günə 21 min sərnişin daşınıb – BNA

  • SpaceTV
  • 2 Aprel 2020 12:39

Xüsusi karantin tədbirləri gücləndiriləndən sonra Bakı Nəqliyyat Agentliyinin (BNA) yalnız exspres avtobuslar fəaliyyətə başlayıb.

SPACE TV  xəbər verir ki, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə artıq 95 avtobus fəaliyyətə başlayıb:

“Dünəndən bu günə 21 min sərnişin daşınıb. Bundan başqa, özəl daşıyıcılar tərəfindən də 4000-ə yaxın sərnişin daşınıb. Hazırda 85 avtobus da ehtiyatda saxlanılır. Lazım olarsa, həmin avtobuslar da xəttə buraxılacaq. Avtobus çatışmazlığı yoxdur, narahatlığa əsas yoxdur. Sadəcə işi olmayan insanlar çölə çıxmasınlar”.

Paylaş

 Xəbəriniz olsun