Dünən axşamdan etibarən Şimal-qərb bölgəsinə yağış,daha sonra isə qar yağıb.

  • Space TV
  • 3 Yanvar 2020 14:47

Qaxa yeni ilin ilk qarı yağdı…

Hidrometroloji proqnozlar özünü doğruldub və dağlıq rayonlara qar yağıb.Axşamdan başlayan qar səhər saatlarına qədər davam edib.Rayonun ucqarda yerləşən İlisu kəndinin sakinləri qarı bərəkət rəmzi adlandırırlar.Çünki qar yay aylarında dağlarda su ehtiyatı deməkdir.Qarın yağmasına ən çox sevinənlər isə uşaqlar və rayona qonaq gələn turistlər olub.

Qarın yağması ilə bərabər yarana biləcək problemlərin olmaması üçün tədbirlərin görülməsi vacibdir.Əsasən də rayona gələn turistlərin hərəkətində problem yaşanmamalıdır.

Xüsusən də dağlıq kənd yolları qar və buzdan təmizlənib.Qax-İlisu-Sarıbaş,Qax-Qaşqaçay-Armudlu yollarında avtomobillərin daha intensiv hərəkət etdiyini nəzərə alınaraq texnikalar vasitəsilə yolun hərəkət hissəsi qardan təmizlənib.Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndində qarlı-şaxtalı günlər təqribən 6 ay çəkir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun