Duman avtomobil yollarını cənginə alıb

  • Space TV
  • 19 Dekabr 2019 11:30

Dumanlı havanın sürücülər üçün ən çox problem yaratdığı yollar İsmayıllı-Qaraməryəm-Şəki və Şəki-Qax avtomobil yolu olub.Qatı duman səbəbindən sürücülər bəzi çətinliklərlə üzləşiblər.

Sürücülərin təhlükəsizliyini təmin etmək üçün isə DYP-nin xüsusi patrul xidməti səhər saatlarından etibarən avtomobil yollarında səfərbər olublar.Avtomobili nasaz olan,dumanlı havada işıqlardan istifadə etməyən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Hərəkətin sıx olduğu Şəki-Qax avtomobil yolunda hərəkət edən avtomobillərin sürücüləri həmkarlarını diqqətli olmağa çağırıblar.Bəzi məsuliyyətsiz sürücülərin yol hərəkəti qaydalarına əməl etmələrinin vacib olduğunu bildirblər.

Qeyd edək ki,qatı duman bugün səhər saatlarından etibarən günorta saatlarına qədər davam edib.DYP-i sürücüləri belə havalarda diqqətli olmağa çağırır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun