Dualar oxunub, qurbanlar kəsilib

  • SpaceTV
  • 13 Avqust 2019 13:05

Azərbaycanda müqəddəs qurban bayramı qeyd olunur . Bu munasibətlə Qurbanlar kəsilir, dualar oxunur. Qurban bayramə ilə əlaqədar olaraq paytaxtda yaradılan kəsim məntəqələrində izdiham yaşanıb.

Space.TV – Ölkənin bütün yerlərində olduğu kimi paytaxtda da səhər saatlarından başlayaraq qurbanlar kəsilməyə başlandı. Kəsim yerlərində demək olar ki, izdiham yaşanıb.  Dualar oxunur, qurbanlar kəsilir.

Daha sonra insanlar kəsim məntəqələrinə gələrək burada göstərilən xidmətdən yararlanırlar. Küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələri və çadırtipli kəsim məkanları yaradılıb. Gün ərzində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərib.

Qafqaz Müsəlmanları İdarəsi də qurbanlıq heyvanın sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə kəsilməsini tövsiyə edib: Tövsiyyədə deyilir ki, qurbаn duаsının охunması məsləhətdir və bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil.

Cəfər Talıb

Paylaş

 Xəbəriniz olsun