Dua Lipa gülünc geyiminə görə sosial şəbəkədə tənqid olundu – FOTO

  • Space TV
  • 22 Dekabr 2020 09:53

Məşhur britaniyalı müğənni və model Dua Lipa yeni geyimdə paylaşdığı fotosu ilə sosial şəbəkədə tənqid hədəfinə çevrilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

25 yaşlı müğənni “Instagram” hesabında Nyu-Yorkun əsas küçələrindən birindəki Milad ağacı fonunda çəkildiyi bir sıra fotolarını yayımlayıb. Paylaşım 1,9 milyondan çox bəyənmə toplasa da, bir çox istifadəçi məşhurun ​​imicini gülünc hesab edib.

“Onun qorxunc stil duyğusu var”, “Tamamilə gülünc paltar”, “O, nə geyinib…”, “Böyüyə bilməyən daha bir pop müğənni”, – deyə, onlar şərhlərdə ifaçını tənqid ediblər.

Paylaş

 Xəbəriniz olsun