DTX-nin işğaldan azad edilmiş ərazilərdə idarə və şöbələri fəaliyyətə başlayır

  • Space TV
  • 12 Noyabr 2020 14:03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlamışdır.

Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaqdır.

Paylaş

 Xəbəriniz olsun