DTX BATM-i konfrans keçirib

  • Space TV
  • 28 Noyabr 2019 15:31

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, gənclər, elm, təhsil və mədəniyyət müəssisələrinin təmsilçiləri iştirak ediblər.  Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin rəisi Rəşad Camalov bildirib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolunun əhəmiyyətindən danışmaq və gənc nəslin Azərbaycançılıq ideologiyası ruhunda tərbiyə olunmasıdır. Odur ki, mütəmadi olaraq respublikamızın müxtəlif regionlarda belə tədbirlər keçirilir.

Tədbirdə DTX-nin əməkdaşı Tural Məmmədovun “Xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti. Terrorçuluğa qarşı mübarizədə gənc nəslin maarifləndirilməsi” mövzusunda geniş məruzəsi dinlənilib. Məruzəçi slaydlardan istifadə etməklə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyəti, həmçinin onlara qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı bəhs edib.

Tədbirdə vətəndaşların mobil telefon danışıqlarında və sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmalarının, hərbi xarakterli məlumatların müzakirə edilməsinin yol verilməzliyinin, milli maraqlara zidd fəaliyyətlə bağlı şübhəli hallarda müvafiq qurumlara müraciət olunmasının vacibliyi diqqətə çatdırılıb.Tədbirdə xarici xüsusi xidmət orqanlarının ölkəmizə qarşı kəşfiyyat-pozuculuq, terror-təxribat fəaliyyətindən bəhs edən “Heç vaxt gec deyil” adlı sənədli film nümayiş olunub.

Emin Babayev  SPACE TV

Paylaş

 Xəbəriniz olsun