Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

  • SpaceTV
  • 19 Oktyabr 2020 17:50

Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.

Bu barədə Spacetv.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müraciətləri, təbrikləri eləcə də ordumuzun uğurları barədə məlumatlar operativ şəkildə döyüşlərdə iştirak edən şəxsi heyətə çatdırılır. Cəbhədə rəşadət göstərən hərbi qulluqçularımızı təbliğ edərək ruh yüksəkliyinin artırılması məqsədilə işlər görülür.

Bu tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi də böyük coşqu ilə davam edir. Ordumuza dəstək olan vətəndaşlarımızın döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanladıqları məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırır.

Paylaş

 Xəbəriniz olsun