Döyüş bölgələrinə ezam edilən tibb işçilərinin sayı açıqlandı

  • Space TV
  • 18 Dekabr 2020 12:37

Vətən müharibəsi dövründə yaralılara Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının gördüyü işlər açıqlanıb.

Spacetv.az xəbər verir ki, Stansiyanın baş həkimin müavini İradə Əliyeva sentyabrın 27-dən Azərbaycan ərazisində gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçilərinin növbə ilə döyüş bölgələrinə ezam edildiyini bildirib.

O qeyd edib ki, tibb işçiləri yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxt və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsi və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak ediblər.

Paylaş

 Xəbəriniz olsun