Dovşançılıq təsərrüfatı

  • Space TV
  • 29 Noyabr 2019 14:09

Xaçmaz rayonun Armudpadar kənd sakini Azad Baxışov deyir ki,kəndlərində bir nəfər şəxs ona 1 ədəd dovşan verib,bundan sonra onda dovşan saxlamağa maraq yaranıb.Artıq 8 ildən çoxdur ki,dovşançılıq təsərrüfatı ilə məşqul olan  Azad Baxışovun təsərrüfatında hazırda yüzdən çox dovşan var. Təsərrüfatçı heyvanları əsasən Rusiya və digər xarici ölkələrdən gətirir.

Bu sahə  ilk vaxtlar Azad Baxışov üçün sadəcə maraqlı məşğuliyyət olsa da indi onun  əsas gəlir mənbəyi sayılır.Ən artımlı heyvanlar sayılan dovşanlar  növündən asılı olaraq ildə ən azı 5-8 fədə və hər dəfəsində 5- 10-a yaxın bala verir. Doğulandan  4 ay sonra isə  kəsimə hazır olur.Dovşan ətinin 1 kiloqramının  qiyməti 8-10 manatadır. Damazlıq sort heyvanların balaları alıcılara növündən asılı olaraq 20-60 manata təklif olunur.

Azad Baxışov  deyir ki,təsərrüfatındakı dovşanların xəstəliklərə yoluxmaması üçün  daim baytarlarla məsləhətləşir və  heyvanların saxlanma şəraitinə xüsusi diqqət yetirir. Lakin yem və vaksinasiya üçün dərmanlarla təminatda çətinliklərin çəkir.Azərbaycanda dovşan əti az yeyilsə də, fermer müştərilərinin get-gedə artdığını bildirir.Onun sözlərinə görə, dovşan əti yağsız, xolestirinsiz olduğu üçün dietikdir. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar dovşan ətinə daha çox üstünlük verirlər.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun