Dövlət tərəfindən may ayında da sahibkarlara və muzdla çalışan işçilərə dəstək veriləcək

  • SpaceTV
  • 27 Aprel 2020 17:19

Koronavirusla əlaqədar Azərbaycan İqtisadiyyatına gündəlik olaraq təxminən 120-150 milyon manat ziyan dəyir. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov operativ qərargahın brifinqində çıxışı zamanı bildirdi.

Nazir həmçinin qeyd etdi ki, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi, sosial sığorta yükünün azaldılması, kredit faizlərinin subsidiyalaşdırılması və zəmanət alətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Mikayıl Cabbarov VÖEN-in 190 manat yardımı almağa maneə olmadığını bildirib. Bildirildi ki,  vətəndaşın VÖEN-i olması 190 manatlıq yardım üçün neytral xarakter daşıyır. Passiv VÖEN-ə görə kiməsə imtina verilibsə, buna aidiyyətı üzrə baxılmalıdır. Bu qaydanın yardımın verilməsi ilə bağlı qaydalar arasında olub-olmadığına baxılmalıdır deyə nazir qeyd etdi. Məsələ ilə bağlı nazir müavini Sahib Ələkbərov  əlavə etdi  ki…

karantindən çıxdıqdan sonra iqtisadi fəallıq dərhal bərpa edilməyəcək. İqtisadiyyat naziri bildirdi ki, tövsiyələrdən biri ondan ibarətdir ki, istər ticarət, istər istehsal və xidmət müəssisələrində minimal sayda əməkdaşlar cəlb olunsun.

Qeyd edək ki brifinq zamanı dövlət tərəfindən sahibkarlara verilən dəstəyin həm aprel, həm də may ayı üçün nəzərdə tutulduğu bildirildi.

ORXAN ŞÜKÜR SPACE TV

Paylaş

 Xəbəriniz olsun