Dövlət rəsmiləri və diplomatlar Bərdədədir

  • Space TV
  • 29 Oktyabr 2020 11:38

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Bərdə şəhərinə gəliblər.

Spacetv.az-ın verdiyi məlumata görə, onlar Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkərək, vəziyyətlə yerində tanış olurlar.

Paylaş

 Xəbəriniz olsun