Dövlət qulluğuna qəbul – YENİ VAKANSİYALAR

  • SpaceTV
  • 18 Noyabr 2019 12:18

Miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlərin müsabiqənin test imtahanı mərhələsində iştirakı üçün qeydiyyat elan edilib.

Dövlət İmtahan Mərkəzindən SPACE TV-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi 2019-cu il dekabr ayının 21-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən namizədlər 2019-cu il 16 dekabr saat 18.00-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər.

Namizədlər imtahana yazılmaq üçün verilmiş linkdə “Şəxsi kabinet” yaratdıqdan sonra bank kartı və ya ödəmə terminalları vasitəsilə imtahanda iştirak haqqını (82 AZN) hesablarına əlavə edib qeydiyyatdan keçməlidirlər.

İmtahanın keçiriləcəyi yer və başlama saatı haqqında məlumat qeydiyyat prosesi başa çatdıqdan sonra veriləcəkdir.

Paylaş

 Xəbəriniz olsun