Dövlət Neft Fondunun büdcəsində dəyişiklik müzakirə olunub

  • Space TV
  • 20 Avqust 2020 21:46

Bu gün Azərbaycan Respublikasının Baş Naziri,  Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən Spacetv.az-a verilən məlumatagörə, iclasda AR DNF-in 2020-ci ilin yeddi ayı ərzində fəaliyyətinin yekunları və Fondun 2020-ci il üçün büdcəsinə ediləcək dəyişikliklər müzakirə edilib. Həmçinin iclasda yeni çağırışlar fonunda DNF-in uzunmüddətli dayanıqlığı məsələləri də ətraflı müzakirə olunub.

Dünya bazarında neftin qiymətinin dəyişməsi, OPEK+ anlaşması üzrə hasilatın azalması və Dövlət büdcəsinin dürüstləşməsi ilə əlaqədar Neft Fondundan büdcəyə əlavə transfert edilməsi Dövlət Neft Fondunun 2020-ci il üçün büdcəsinə də yenidən baxılması zərurətini yaradıb.

DNF-nin büdcəsinə dəyişikliyi nəzərdə tutan layihə Müşahidə Şurası tərəfindən məqsədəmüvafiq hesab olunub və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edilib.

Paylaş

 Xəbəriniz olsun