Dövlət Neft Fondu 3,3 milyard dollar gəlir əldə edib

  • Space TV
  • 4 Noyabr 2020 17:08

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə ümumi 3 milyard 333 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Dövlət Neft Fondundan Spacetv.az-a verilən məlumata əsasən, Fond ilk 10 ay ərzində Azəri-Çıraq-Günəşli yatağından 3 milyard 57 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Həmçinin, 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Şahdəniz qaz və kondensat yatağından əldə edilən gəlirin həcmi 276 milyon ABŞ dolları olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 205 milyon ABŞ dollarını təşkil edib.

Paylaş

 Xəbəriniz olsun