Dövlət Miqrasiya Xidməti koronavirusla bağlı məlumat yaydı – RƏSMİ

  • Space TV
  • 11 Mart 2020 14:49

Dövlət Miqrasiya Xidməti koronavirusla bağlı xəbərdarlıq edib.

SPACE TV xəbər verir ki, DMX-nın ictimaiyyətlə əlaqələr idarəsinə rəisi Elnur Kələntərov bu barədə açıqlama yayıb.

” Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət operativ qərargahın 10 Mart 2020-ci il tarixli məlumatını (Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır) nəzərə alaraq, 13 mart 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində keçirilməsi planlaşdırılmış ictimai müzakirə qeyri-müəyyən müddətə təxirə salınır.”

İctimai müzakirənin keçirilməsinin tarixi barədə əlavə məlumat veriləcəkdir.

Paylaş

 Xəbəriniz olsun