Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət ünvanlayıb

  • Space TV
  • 29 Sentyabr 2020 11:38

Dövlət Miqrasiya Xidməti ölkədə olan əcnəbilərə müraciət ünvanlayıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən əcnəbilərin nəzərinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidmətinin göstərdiyi bütün xidmətlərlə bağlı müraciətlərin qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində), həmçinin www.migration.gov.az saytı üzərindən elektron qaydada həyata keçirilir.

Müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Qeyd olunub ki, karantin müddətində Xidmətin (012) 919 Çağrı Mərkəzi həftə sonları (3 və 4, 10 və 11, 17 və 18, 24, 25 və 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

Əlavə məlumat üçün Xidmətin (012) 919 Çağrı Mərkəzinə zəng etmək lazımdır.

Paylaş

 Xəbəriniz olsun