Dövlət Komitəsində şəhid qardaşı işlə təmin edildi

  • Space TV
  • 6 Mart 2021 15:49

Vətən müharibəsinində şəhid olan Ülvi Hacıyevin qardaşı onun çalışdığı Dövlət Gömrük Komitəsində işlə təmin olunub.

Spacetv.az-ın məlumatına görə, bu barədə DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb.

Əmrə əsasən, Nicat Hacıyev qurumun Baş Dövlət Gömrük İdarəsində işlə təmin edilib.
Qeyd edək ki, Ü.Hacıyev döyüşə könüllü yazılıb.

“Vətən uğrunda” medalı ilə təltif olunan Ülvi Hacıyev İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin inzibati binasında Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük xidməti əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək üçün büstü qoyulub.

Paylaş

 Xəbəriniz olsun