Dövlət Dumasının beş deputatı koronavirusa təkrar yoluxub

  • Space TV
  • 15 Dekabr 2020 16:23

Dövlət Dumasının beş deputatı yenidən koronavirusa yoluxub.

“RİA Novosti”nin məlumatına görə, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, bu gün 11 millət vəkilində testin cavabı müsbət çıxıb.

“Ən narahat edən məsələ beş millət vəkilinin yenidən koronavirus xəstəliyinə tutulması olub. Onlar sağaldıqdan sonra yenidən xəstələndilər. Yəni anticisim yaranmadı və yenə yoluxdular”, – deyə o bildirib.

Qeyd edilir ki, ümumilikdə, 157 deputat koronavirusa yoluxub. Onlardan bəziləri sağalsa da, xəstəxanada müalicə alanlar da var.

Paylaş

 Xəbəriniz olsun