Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Gənc nəsilin Azərbaycan bayrağına hörmət ruhunda tərbiyə edilməsi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsinə xidmət göstərir. Hər ölkəmizdə 9 Noyabr Dövlət Bayrağı gündü qeyd edilir.Bu münasibətlə Qubada “Bayraq yürüşü” keçirilib.Bayram günü ilə bağlı təşkil edilən yürüşdə minlərlə rayon sakini iştirak edib.
Nizami Parkının qarşısından başlayan yürüş 1km məsafəyə qədər davam edib.Əllərində dövlət bayrağımız dalğalandıran yürüş iştirakçılarını məktəblilər ağ göyərçinlərlə qarşılayıb.Sonda sülh rəmzi olan göyərçinlər açıq səmaya buraxılıb.
Emin Vaqifoğlu SPACE TV