Dövlət Agentliyində 10 rəis işdən çıxarıldı

  • Space TV
  • 9 Mart 2021 15:31

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov 10 vəzifəli şəxsi işdən çıxarıb.

Spacetv.az Unikal.org-a istinadən xəbər verir ki, vəzifəsindən azad olunanlardan altısı yol idarəsinin rəisi, dördü isə agentliyin aparatında idarə rəisidir. 

Vəzifəsindən azad olunan şəxslər arasında Samux rayon yol istismar idarəsinin rəisi Zakir Quliyev, 8 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Əliheybət Şirinov, 15 saylı Yol İstismar MMC-nin rəisi Zahid Nuriyev də var.

Paylaş

 Xəbəriniz olsun