Dovdaq quşu tutulub

  • SpaceTV
  • 28 Oktyabr 2019 15:08

Lənkəranın şəhər sakini Elvin Quluzadə axşam saatlarında dəniz kənarında gəzərkən səmada 20-ə yaxın qarğanın bir quşu qovduğunu görüb. Bir neçə dəqiqə göydə uçan quş  qarğalar tərəfindən yaralanaraq yerə düşüb. Bunu görən Elvin Quluzadə dərhal quşun düşdüyü əraziyə tərəf  gedib. Qarğaların da yerə enərək  quşa hücum etdiyini görən Elvin  Quluzadə qarğaları qovaraq quşu onlardan xilas edə bilib.

Elvin Quluzadə  quşun  ayağında üç ədəd möhürlənmiş nömrəli yarlıq gördüyü üçün dərhal aidiyyatı yerlərə quşla bağlı məlumat verib. Quşu təhvil almaqdan ötrü Qızılağac Milli Parkının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarını çağırıblar. Onlar quşa baxış keçirdikdən sonra müəyyən edilib ki, bu quş adı dünyanın, o cümlədən də Azərbaycanın Qırmızı Kitabına düşmüş nadir quşlardan hesab edilən Dovdaq quşudur.

Dovdaq quşu ekoloq Abbas Abbasov tərəfindən götürülüb və müayinə üçün Qızılağac Milli Parkına aparılıb. Quş müalicə olunduqdan sonra yenidən təbiətə qaytarılacaq.

Qeyd edək ki, qış aylarında ölkəmizdəki su hövzələrinə  köç edən Dovdaq quşlarının əsas məskəni Qazaxıstan Respublikası sayılır və bütün dünyada bu nadir quşun nəslini qorumaq üçün geniş tədbirlər görülür.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun