Dörd kəndə “mavi yanacağ” verilib

  • SpaceTV
  • 30 Noyabr 2019 15:12

Quba rayonunun Hacıhüseynli, Gənclər, Çaydüzü və Əliməmmədoba kəndlərinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.Ümumilikdə, 907 abonenti olan 4 yaşayış məntəqələrinin qazlaşdırılması üçün 63 min 128 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndlərə mavi yanacaqın verilməsi ilə əlaqədar olaraq   məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.Sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,bununla da Qubada qazlaşdırılan yaşayış məntəqələrinin sayı 72, qazdan istifadə edən abonentlərin sayı isə 28 min 500-ə çatdırılıb.                          

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun