Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi

  • SpaceTV
  • 24 Yanvar 2020 14:49

Binanın doqquzuncu mərtəbəsindən yıxılan qadın ayağa qalxıb və yoluna davam edib.

Bununla bağlı kadrlar “Yuqoriya” televiziyasında yayımlanıb.

Hadisə Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində qeydə alınıb.

Kadrlardan görünür ki, qadın hündürlükdən qar yığının üstünə yıxılır. Bir neçə saniyədən sonra o, ayağa qalxaraq gedir.

Televiziya kanalının məlumatına görə, qadın bundan sonra qonşularına müraciət edərək onların təcili yardım çağırmasını istəyib.

Qadın artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir, həyati təhlükəsi yoxdur. İstintaq komitəsi yoxlamalara başlayıb.

Paylaş

 Xəbəriniz olsun