Doqquz yaşlı azərbaycanlı gimnast Qazaxıstandan yeddi medalla qayıdır

  • Space TV
  • 7 Fevral 2020 18:09

Azərbaycanlı idman gimnastı Hüseyn Xəlilov beynəlxalq turnirdə növbəti uğurunu qazanıb.

SPACE TV-ın xəbərinə görə, Qazaxıstanın Almatı şəhərində Em Çukabayevin xatirəsinə həsr olunan XIII Açıq birincilik keçirilib.

Yarışda Azərbaycandan olan doqquz yaşlı H.Xəlilov da iştirak edib. O, özündən iki yaş böyük idmançılarla mübarizə aparıb.

İlk gündə mütləq çempion olan Hüseyn bu gün daha altı medal qazanıb. O, daha beş qızıl və bir bürünc medalı boynundan asdırıb. Görüşləri Azərbaycanın Qazaxıstandakı səfirliyinin I katibi Ramil Rzayev də izləyib.

Beləliklə, üçqat SSRİ çempionu Zakir Mehdiyevin yetirməsi olan H.Xəlilov Bakıya yeddi medalla (altı qızıl və bir bürünc medal) qayıdır.

Paylaş

 Xəbəriniz olsun