Donald Trampın keçmiş köməkçisi həbs olundu

  • Space TV
  • 20 Avqust 2020 18:42

ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi, Ağ Evin baş strateqi hesab edilən Stiv Bennon həbs edilib. 

Spacetv.az CNBC-yə istinadən xəbər verir ki, o, üç şəriki ilə birlikdə dələduzluqda ittiham olunur.

Həbsin əsas səbəblərindən biri ABŞ – Meksika sərhəd divarının tikintisinə dəstək vermək adı ilə “Biz Divar Tikirik” kampaniyası çərçivəsində şəriklərin yüzlərlə donordan 25 milyon dollardan çox pul toplamasıdır. 

Nyu-York ştatının cənub bölgəsinin prokurorluğu məlumat yayaraq xəbəri təsdiqləyib.

Paylaş

 Xəbəriniz olsun