Donald Tramp seçicilərini ona iki dəfə səs verməyə çağırdı

  • Space TV
  • 3 Sentyabr 2020 14:37

ABŞ Prezidenti Donald Tramp ölkədə qarşıdan gələn seçkilərdə tətbiq olunan sistemin yoxlanması üçün seçicilərini iki dəfə (şəxsən və poçtla) səs verməyə çağırıb.

Spacetv.az xəbər verir ki, bu barədə Echo.msk.ru məlumat yayıb.

O, bu barədə seçkiqabağı kampaniya çərçivəsində Şimali Karolina ştatına səfəri zamanı danışıb.

CNN telekanalı D.Trampın jurnalistlərlə bu barədə söhbətini yayımlayıb və iki dəfə səs verməyin qanun pozuntusu anlamına gələcəyini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun