Donald Tramp rəsmən ABŞ prezidentliyinə namizəd oldu

  • Space TV
  • 28 Avqust 2020 10:48

ABŞ-ın hazırkı prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində Respublikaçılar partiyasından namizəd olmağa rəsmi olaraq razılıq verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

D.Tramp bu barədə Ağ evdə keçirilən Respublikaçılar partiyasının qurultayında bəyan edib.

Qeyd edək ki, D.Trampın noyabrın 4-də keçiriləcək prezident seçkilərində rəqibi Co Bayden olacaq.

Paylaş

 Xəbəriniz olsun