Donald Tramp qəhrəman iti “Ağ Ev”də qəbul etdi, medal verdi

  • SpaceTV
  • 26 Noyabr 2019 12:28

ABŞ prezidenti Donald Tramp İŞİD rəhbərlərindən Bağdadinin öldürüldüyü əməliyyatda yaralanan Konan adlı itə “Ağ Ev”də medal verib.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, iti qəhrəman adlandıran Tramp onun əməliyyatda aldığı yaraların sağaldığını və işinə geri döndüyünü deyib:

“O hal-hazırda dünyanın ən məşhur itidir. O, Bağdadi əməliyyatında nələr yaşandığını bilirdi”.

Donald Tramp həmçinin Bağdadinin öldürüldüyü əməliyyatda iştirak edən əsgərlərlə də “Ağ Ev”də görüşəcəyini bildirib.

Qeyd edək ki, bir ümddət əvvəl Trampın Kanon adlı itə medal taxdığı foto gündəm olmuşdu. Lakin bunun “fotoşop” olduğu bəlli oldu. Əslində görüntünün Trampın bir Vietnam qazisinə medal taxdığı anlardan olduğu ortaya çıxdı.

Paylaş

 Xəbəriniz olsun