Donald Tramp ikinci dəfə koronavirus testindən keçdi

  • SpaceTV
  • 3 Aprel 2020 11:01

“Ağ Ev”in baş həkimi Sin Kanli yayımladığı yazılı açıqlamada ABŞ prezidenti Donald Trampın ikinci dəfə “Covid-19” testindən keçdiyini bildirib.

SPACE TV xəbər verir ki, onun sağlam olduğu və hər hansı xəstəlik simptomu görülmədiyini qeyd edən Kanli koronavirus testinin 15 dəqiqədə nəticə verdiyini deyib. O, Trampın testinin neqativ çıxdığını bildirib.

Donald Tramp bundan öncə martın 14-də ilk dəfə testdən keçirilmişvə onun da nəticəsi neqativ çıxmışdı.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayı 217 mindir. Virusdan ölənlərin sayı isə 5 mini keçib.

Paylaş

 Xəbəriniz olsun