Dolu və yağış fəsadlar törədib

  • Space TV
  • 8 İyun 2020 14:14

Qeyri-sabit hava şəraiti nəticəsində Oğuz rayonuna dolu və leysan yağışları yağıb. Yağış sularından əmələ gələn qısamüddətli sel nəticəsində iki kəndi birləşdirən körpüyə ziyan dəyib, yağan dolu isə taxıl sahələrinə zərər vurub. Yaqublu – Yenikənd kəndləri arasında olan körpü dağılıb. Qəbələ-Şəki istiqamətində olan Yaqublu, Yenikənd, Top, Zərrab, Xaçmaz, Padar və digər kəndlərə dolu yağan dolu yetişmə ərəfəsində olan xüsusilə arpanı yararsız hala salıb. Dolu vuran arpa dəni sahəyə tökülüb. Bir çox yerlərdə isə taxıl bitkisi yataraq biçilməz vəziyyətə gəlib.

Bununla yanaşı yağış nəticəsində Yaranan sel Yenikənd və Yaqublu kəndləri arasında olan körpünü yuyub. Sakinlərin sözlərinə görə, sel şəxsi təsərrüfatlarda olan əkin sahələrinə və quşçuluq təsərrüfatlarına da zərər yetirib.

Qeyd edək ki, Oğuz rayonu ərazisində bir-neçə gündür əlverişsiz hava şəraiti davam edib. Əsasən günün ikinci yarısında şəhər və rayonun kəndlərinə güclü dolu yağıb.

İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun