Hadisə Gəncə Şəhər Səhiyyə İdarəsinin Regional Perinatal Mərkəzində baş verib. Belə ki, Göygöl rayonun Quşqara kənd sakini Aytən Məmmədova vəziyyəti ağırlaşmış halda doğuş üçün xəstəxanaya gətirilib. Xəstəxanaya yerləşdirilən qadını dərhal müayinə ediblər. Həkimlərin səyləri ilə qadına lazımi müayinə və yardım göstərilsə də doğuş zamanı körpənin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyətinin isə normal olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Zakir Muradov SPACE TV