Doğulandan beş gün sonra COVID 19 diaqnozu qoyulan körpə …

  • Space TV
  • 10 Aprel 2020 12:23

Çində hələ 5 günlük olanda COVİD-19 diaqnozu aşkar edilmiş körpə sağalıb.

SPACE TV  xəbər verir ki, Henan xəstəxanasının uşaq şöbəsinin həkimi Cen Yibing bildirib ki, körpə artıq evlərinə göndərilib.

”Onun valideynləri çox xoşbəxtdir. Biz balacanın qayğısına qaldıq və onu vaxtında müalicə edə bildik. Onunla hər şey qaydasındadır.”

Muen adlı körpənin anası da artıq özünü ana kimi hiss etdiyi üçün xoşbəxt olduğunu bildirib.

Hazırda Çində koronavirusa yoluxmada böyük azalma müşahidə olunur.

Hökumət, bütün şəhərlərə karantin qoyulması da daxil olmaqla sərt tədbirlərinin virusun yayılmasını dayandırdığını söyləyir.

Virusdan mübarizə üçün 14 yeni xəstəxana yaradılıb.

Çində yoluxmuş 80 mindən çox insandan 67.000-dən çoxu sağalıb. 

Paylaş

 Xəbəriniz olsun