Doğma yurda qayıtmanın sevinci – VİDEO

  • SpaceTV
  • 26 Oktyabr 2020 16:47

Torpaqlarımız  azad  olunduqca  doğma yurd yerlərinə qayıtmanın sevincini yaşayan həmvətənlərimizin sayı da  çoxalır. “Artıq  qaçqın  deyiləm” , “artıq  ata-baba  yurduma  gedə  biləcəyəm”  sevinci  ilə  döyünən  ürəklər. Bu dəfə də bəzi kəndləri yenicə  işğaldan  azad olunan Qubadll   sakinləri  öz sevinclərini  Space TV ilə bölüşüb.

Onlar ağrılı -acılı vətən həsrətinə düz  27 il dözdülər. Ancaq bir  müddətdir cəbhədə tarix yazan ordumuz  Yaqubovlar ailəsinin də torpaq, Vətən həsrətinə son qoydu. Düşməndən azad olunan ərazilərimizin miqyası genişlənərək Füzili, Cəbrayıl, Xocavənd, Zəngilandan  sonra növbə Qubadlıya da çatdı.

27 ildir düşmən tapdağında qalan Qubadlıda indi müzəffər Azərbaycan ordusu dayanmadan, nəfəs almadan irəliləyir. Qubadlının Alaqurşaq kəndindən olan Alhümmət Yaqubov deyir ki, 1993-cü ildə Qubadlı işğal olunandan sonra  məcburi köçkün kimi 14 il Sabirabad rayonunda yaşayıblar. İndi günlərdir ki, ata-baba yurdlarının düşmən tapdağından azad olunması sevincini yaşayır Yaqubovlar ailəsi. Ali Baş Komandanın, rəşadətli ordumuzun gücü və birliyi nəticəsində artıq qubadlılılar  31 avqustu Qubadlının işğal tarixi  kimi deyil, qələbə günü kimi qeyd edəcəklər

Ata-baba yurduna qovuşma  sevincini   Qubadlının  Xanlıq  kəndindən  olan  Hüseynovlar  ailəsi də  yaşayır. Oruc Hüseynov 1-ci Qarabağ muharibəsi zamanı əlil olub, bu gün isə vaxtilə  uzaq düşdüyü  o torpaqların  işğaldan azad edilməsinin sevincini yaşayır.

2ci qrup qarabağ əlili olan Vəli Hüseynov torpaqlarının azad olunduğu xəbərini alanda sevinc gözyaşlarını saxlaya bilməyib.

Qubadlıdan didərgin düşdükləri zaman yaxınlarını itirən  ailə indi verdikləri şəhidlərin  qisası  alındığı üçün rahatdırlar.

Döyüşlər  zamanı əlil  olan  hər  iki  qardaş hər kəs kimi  Ali Baş Komandanımızın  onlara bəxş  etdiyi  bu  sevinci  yüksək  qiymətləndirirlər.

Bu gün  təkcə  Qubadlı  sakinləri  yox, bütün  Azərbaycan  xalqı  işğal  altında  olan  bütün  torpaqlarımızın azad  olunacağına inanırlar.

Paylaş

 Xəbəriniz olsun