Doğma torpağa qovuşmanın sevinci – VİDEO

  • Space TV
  • 22 Oktyabr 2020 12:36

Düşmən işğalından azad edilən Zəngilan  şəhəri və 6 kəndin sakinləri sevinclərini əməkdaşımız Space TV ilə bölüşüblər.

Ölkənin  cənub-qərbində yerləşən Zəngilan rayonu şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Ərazisi 730 kv.km, əhalisi 42 min 487 min nəfər olan Zəngilan rayonu 27 il öncə Ermənistan tərəfindən işğal olunmuşdu. İşğaldan azad olunan Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının sırasına  Zəngilan şəhəri ilə yanaşı, rayonun 6 kəndi əlavə olundu.

Erməni işğalı nəticəsində  respublikanın demək olar ki, əksər şəhər və rayonlarına səpələnmiş zəngilanlılar artıq öz tarixi ata-baba yurdlarına dönəcəkləri günü gözləyirlər

Zəngilan şəhərindən olan Osmanovlar ailəsi Ali Baş Komandanın, rəşadətli ordumuzun gücü nəticəsində artıq 29 oktyabr gününü Zəngilanın işğal tarixi  deyil, qələbə günü kimi qeyd edəcəklər.

Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. İşğala qədər rayon sakinləri əsasən tütünçülük, üzümçülük və heyvandarlıqla məşğul idi, Zəngilanı dünyaya tanıdan çinar meşələri və qızıl yataqlarını isə ermənilər bu 27 ildə tamamilə məhv ediblər.

Şiddətli döyüşlər başladığı ilk gündən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində şanlı tarix yazır. Ordumuz hər   gün  xalqımıza  qələbə sevinci yaşatmaqda davam edir. Ən gözəl xəbərlər isə hələ qarşıdadır.

Paylaş

 Xəbəriniz olsun