Distant təhsil

  • SpaceTV
  • 22 Aprel 2020 16:55

Koronavirus təhlükəsinə görə ölkə üzrə bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırılıb. Bu da 4447 orta məktəbdə 1 milyon 500 min şagirdin normal dərs cədvəlindən geri qalması, lazımi bilik və bacarıqlara yiyələnməkdə fasilə yaranması deməkdir. Bu və digər problemlərin qarşısını almaq üçün Təhsil Nazirliyi bir sıra layihələr reallaşdırır. Bunlardan biri də virtual məktəbdir. Artıq 250 mindən çox şagird portaldan qeydiyyatdan keçib. 

Təhsil Nazirliyinin təqdim etdiyi bu resurs yeni bir platformadır. Amma bu yenilik həmçinin köhnə problemi də gündəm gətirmiş oldu. Söhbət Distant Təhsildən gedir. Ölkəmizdə 2009-cu ildə ali təhsil alma formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər bunun tətbiqinə başlanılmayıb. Əsas səbəbi kimi distant təhsil mexanizminin hazırlanmaması göstərilir.

Ekspertlərin sözlərinə görə, hazırda tətbiq olunan onlinə tədris metodu gələcəkdə distant təhsillə bağlı məsələnin həllinə köməklik göstərə bilər.

Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompyuter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır. Hazırda xarici ölkələrdə yalnız əyani və qiyabi təhsil alanların diplomları tanınır.

ALLAHVERDİ NADİROĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun