Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə sənəd qəbulu başa çatdı

  • Space TV
  • 15 Fevral 2021 12:08

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən bildirilib ki, müsabiqədə iştirak etmək üçün 4 992 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 3 743 nəfəri elektron ərizəsini təsdiq edib. Bu say direktorların işə qəbulu üzrə ötənilki müsabiqələrlə müqayisədə rekord göstəricidir.

Qeyd edək ki, fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərlər.

Paylaş

 Xəbəriniz olsun